Ana Sayfa > Manşet / Karusel / Sosial > 28 ildən sonra Gəncəyə gələn erməni qadın
28 ildən sonra Gəncəyə gələn erməni qadın4-12-2017, 10:18. Yazar: Admin |
Ermənilərin başlatdığı Dağlıq Qarabağ münaqişəsi üzündən Azərbaycanı tərk etmiş erməni Rimma Sarkisova 30 illik fasilədən sonra Gəncə şəhərinə səfər etmək imkanı əldə edib. "Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, hazırda Rimma Sarkisova Ukraynada yaşayır. Gəncəyə gələn kimi erməni qadın ilk olaraq əvvəl yaşadığı evlərinə yollanıb və qonşulardan heç olmasa kiməsə rast gəlməyə ümid edib. Çay süfrəsi arxasında o, keçmiş qonşusu Asif İsmayılovla ötən günləri və köhnə qonşuları xatırlayıb. Rimma Sarkisova əmin olduğunu bildirib ki, baş verən faciələrin günahkarı erməni separatçılarıdır. Onlar olmasaydı, hamı əvvəlki kimi mehriban qonşu olaraq yaşayacaqdı. Geri dön |