Ana Sayfa > Manşet / Karusel > Avropa Gimnastika İttifaqının yeni prezidenti Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Avropa Gimnastika İttifaqının yeni prezidenti Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ


2-12-2017, 16:28. Yazar: Admin
 

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov bu gün Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

"Qarabaginfo" "Modern.az"-a istinadən xəbər verir ki, F.Qayıbov UEG prezidenti seçildikdən sonra Trend-ə açıqlamasında hər kəsə təşəkkür etdiyini bildirib: “İlk öncə mən təbii ki, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanı təbrik etmək istərdim. Bu il bizim federasiyamızın 15 illiyidir. 15 ildir ki, bizim federasiyamıza məhz Mehriban xanım Əliyeva rəhbərlik edir. Mən Mehriban xanımı təbrik edirəm, çünki 15 il ərzində bu gün Avropa Gimnastika İttifaqını idarə edə biləcək menecer hazırlayıb. Mehriban xanım Əliyeva həmişə bizə dəstəkdir, biz onu sevirik. Mən həmçinin bizim federasiyanın bütün kollektivinə, bizə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm”.

UEG prezidenti kimi qarşıda duran fəaliyyət haqqında danışan F.Qayıbov yeni layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb: “Mən son 4 ildə UEG-in vitse-prezident kimi çalışırdım və mən Avropa Gimnastika İttifaqına yeni layihələr gətirmişdim. Qarşıda duran 4 il ərzində də biz bəzi layihələri davam etdirəcəyik, çünki bu layihələr uğurlu alınmışdı. Təbii ki, yeni lahyihələrimiz də olacaq, Avropa ölkələrinin qarşısına yeni layihələrlə çıxacağıq”.

F.Qayıbov UEG prezidentliyinə seçki kampaniyasının çətin olduğunu vurğulayıb: “Əlbəttə seçki kampaniyası çətin idi. Bilirsiniz ki, Azərbaycan son illərdə idman sahəsində öz sözünü deyir. Son illər ərzində Azərbaycan idmançılarının nəticələri, ölkəmizdə keçirilən böyük beynəlxalq yarışlardan sonra Azərbaycan daha da tanındı, nüfuz qazandı. Mən bura Azərbaycan Gimnastika Federasiyasının hesabına, Federasiyada gördüyüm işlərin sayəsində gəlib çıxmışam. Mən bugünki çıxışımda da 15 ildə Federasiyada nələr əldə etdiyimizdən danışdım. Hamı görür ki, Azərbaycan Gimnastika Federasiyası 15 ildə nələr edib və təbii ki, bu gün o görülən işlərin nəticəsi idi ki, burada mənə inandılar. Çünki biz bu işləri əməli olaraq görmüşük. Platformada hər şey yaza bilərik, ancaq görülən işlərə görə səs verirlər. Bu gün mən çox şadam ki, bizim işlərimiz uğurlu olub ki, bizə etimad etdilər”.

 


Geri dön