Ana Sayfa > Manşet > Bakıda evliliyə məcbur edilən 17 yaşlı qız sığınacağa yerləşdirildi

Bakıda evliliyə məcbur edilən 17 yaşlı qız sığınacağa yerləşdirildi


29-09-2022, 15:17. Yazar: Admin

“Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı yayılan məsələ təsdiqin tapıb”.

 

Qarabaginfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılıb:

 

“Həmin iddialar təsdiqini tapıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A.  polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir”.

 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı iddialar yer alıb. Bildirilib ki, qız 11-ci sinifdə oxumalıdır, amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. İki həftə sonra da toyları olacaq.


Geri dön