Ana Sayfa > Manşet > Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib


27-09-2022, 12:02. Yazar: Admin

 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunan saatda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.


Geri dön