Ana Sayfa > Manşet > Müharibənin ilk günü şəhid olan Qurbanovlar ailəsi...
Müharibənin ilk günü şəhid olan Qurbanovlar ailəsi...27-09-2022, 11:45. Yazar: Admin |
Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Anım günündə Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi anılır. Vətən Müharibəsi zamanı hərbçilərimizlə yanaşı 94 dinc, mülki şəxs də erməni təcavüzünün qurbanı olub. Onlardan biri Qurbanovlar ailəsidir. Belə ki, Vətən müharibəsinin ilk günü Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olmuşdular. Qeyd edək ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.
Geri dön |