Ana Sayfa > Manşet / Karusel / Gündəm > MN: Təxribat məqsədilə Laçında basdırılmış 122 mina aşkar edilib - FOTO

MN: Təxribat məqsədilə Laçında basdırılmış 122 mina aşkar edilib - FOTO


19-09-2022, 12:17. Yazar: Admin

MN: Təxribat məqsədilə Laçında basdırılmış 122 mina aşkar edilib - FOTO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

MN: Təxribat məqsədilə Laçında basdırılmış 122 mina aşkar edilib - FOTO

MN: Təxribat məqsədilə Laçında basdırılmış 122 mina aşkar edilib - FOTO


Geri dön