Ana Sayfa > Manşet / Karusel / Gündəm > Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilməyib
Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilməyib13-09-2022, 12:10. Yazar: Admin |
Həbsdə olan “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədrindən rüşvət almaqda təqsirləndirilən “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynallının barəsində seçilən həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Geri dön |