Ana Sayfa > Manşet / Karusel / Gündəm > Ağdamdakı Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişib
Ağdamdakı Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişib9-09-2022, 11:33. Yazar: Admin |
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb. Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək. Geri dön |