Ana Sayfa > Manşet / Karusel / Gündəm > Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağı ucaldılıb, Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub

Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağı ucaldılıb, Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub


26-08-2022, 12:25. Yazar: Admin

Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağı ucaldılıb, Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub

Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Laçın şəhərinin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azəırbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, - deyə Ordu Horpusunun komandiri, general-mayor Kənan Seyidov məruzə edib.

VİDEO LİNK: https://cdn.apa.az/storage/apa.az/video-cdn/5420bb3607aa20f1fbf8684c7a880d70.mp4 


Geri dön