Ana Sayfa > Manşet / Karusel / Dünya > Atatürkün ölüm üçün seçdiyi saray - Hər köşəsində tarix yatır
Atatürkün ölüm üçün seçdiyi saray - Hər köşəsində tarix yatır30-11-2017, 09:10. Yazar: Admin |
Dolmabahçe sarayı… Memarı erməni Qarabed Balyan və oğludur... Əslində mövzumuz ermənilərin Türkiyədə memarı olduqları saraylar deyil. Çünki bununla bağlı xeyli fakt var. Dünən təsadüfən Dolmabahçe sarayına getmişdim. Getmişkən də bir daha ziyarət edim dedim. Bu sarayda bir neçə dəfə olmuşam. Əzəmətli saraydı, ucu-bucağı bilinmir. Saray barədə söhbətlər bir neçə yazıya sığmaz. Çünki hər köşəsində tarix yatır. Bu saray padşahların məskəni olub. Gəzib bitirmək üçün ən azı 3-4 saat vaxt lazımdı. Maraqlı olduğu qədər də gizəmlidir. Möhtəşəm saraya ziyarət edənlərin səssiz baxışları və səsli addımları ilə irəliləyirik... Bələdçi tez-tez anlatmağa çalışır. Sürətli türkçəsindən bir şeyi anlamasam da, gözümlə gördüklərim və ürəyimlə hiss etdiklərimə güvənirəm. Sarayın çilçıraqlı möhtəşəmliyinin içində sakit və sadə otaqlar... Türkiyənin atası bu sadə otaqlarda son gününü keçirib. Divarlara onun əl izləri və nəfəsi çöküb. Bir də sərt baxışları... Bu saray və otaqlar onun işıqlı dünyadakı son mənzili olub... Sarayda olan bütün saatlar 09.05-i göstərir. Günün hansı saatında burda olsan da, sənin üçün zaman dəyişmir. 09.05 Atatürkün ölüm saatıdır... Sarayı gəzənlərin ən çox durduğu otaq da elə buradı. Dolmabahçe sarayında dənizə baxan yöndəki dördüncü otaq Atatürkün hayata gözlərini yumduğu məkandır. Bu otaq sultan I Əbdülməcid və daha sonrakı Osmanlı padşahlarının qışlıq yataq otağı olub. Atatürkün yatdığı bürünc işləmli bir yataq, şkaf və dolab var. Onun otağı xalçalar və oturacaqlarla döşənib. Bələdçi israrla şəkil çəkdirmə istəyimizə "yox" cavabı verir. Atatürkün otağında şəkil çəkdirmək və çəkmək qadağandır. Ya onların verdikləri ilə kifayətlənməlisən, ya da rəsmi internet sitələrindən izinli şəkilləri almalısan.
Atatürk ölüm üçün məhz əsrlər boyu dövlətin siyasətini müəyyənləşdirən bu sarayı seçmişdi... Noyabrın 11-i saat 09.05-ə qədər...
Geri dön |