Ana Sayfa > Manşet / Karusel / Siyasət > Azərbaycan və Aİ arasında imzalanacaq yeni razılaşma üzərində iş qarşıdakı aylarda tamamlana bilər

Azərbaycan və Aİ arasında imzalanacaq yeni razılaşma üzərində iş qarşıdakı aylarda tamamlana bilər


18-07-2022, 17:10. Yazar: Admin

Azərbaycan və Aİ arasında imzalanacaq yeni razılaşma üzərində iş qarşıdakı aylarda tamamlana bilər

Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni razılaşma üzərində iş qarşıdakı aylarda tamamlana bilər.

Qarabaginfo.azxəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der leyenlə birgə açıqlamasında deyib.

“Əlbəttə bizim gündəliyimiz olduqca genişdir. Biz Aİ və Azərbaycan arasında yeni razılaşma üzərində işləyirik. Biz bunu xanım Prezidentlə müzakirə etdik və ümidvaram ki, qarşıdakı aylarda bunu tamamlaya bilərik. Əlbəttə bu bizim ikitərəfli əməkdaşlığımıza vacib töhfə olardı”, - dövlət başçısı diqqətə çatdırıb.

Prezident İlham Əliyev vurğulayıb ki, Aİ Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır:

“Planlarımızın həyata keçirilməsi əlbəttə ki, ümumu dövriyyəni xalqlarımızın xeyrinə artıracaq . Aİ ilə Azərbaycan arasında əlaqələrin əminəm ki, böyük gələcəyi olacaq və biz bütün planlaşdırdıqlarımza nail olacağıq”.


Geri dön