Ana Sayfa > Manşet / Karusel / Siyasət > İlham Əliyev silahları yoxladı

İlham Əliyev silahları yoxladı


29-11-2017, 09:06. Yazar: Admin

 

İlham Əliyev silahları yoxladı

 

Ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə baş çəkib.

"Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib.

İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb. 

 






Geri dön