Ana Sayfa > Manşet / Karusel / Gündəm > Prezident bu gün Cəbrayılda baş vermiş mina hadisəsindən danışıb

Prezident bu gün Cəbrayılda baş vermiş mina hadisəsindən danışıb


17-06-2022, 17:33. Yazar: Admin

 

Prezident bu gün Cəbrayılda baş vermiş mina hadisəsindən danışıb

Azərbaycan böyük mina problemi ilə üzləşib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İyunun 17-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edərkən deyib.

Dövlət başçısı 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirib.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonu ərazisində mina partlaması nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir neçə əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.


Geri dön