Ana Sayfa > Manşet / Karusel / Siyasət > Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi

Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi


28-11-2017, 10:43. Yazar: Admin

 

Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi

 

Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı virtualaz.org yazıb. Saytın Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə etdiyi xəbərə görə, Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Məlum olub ki, bu, Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Bundan dərhal sonra məlum olub ki, onu bu postda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Georgi Zuyevlə əvəz etmək istəyir.


Geri dön