Ana Sayfa > Manşet / Karusel > Küveyt Əmiri İlham Əliyevi təbrik etdi

Küveyt Əmiri İlham Əliyevi təbrik etdi


3-06-2022, 15:44. Yazar: Admin

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, təbrikdə deyilir:

 

Dost ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

 

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx əlaqələrin bundan sonra da inkişaf etməsini arzulayıram.

 

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

 

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah da dövlət başçısına təbrik ünvanlayıb.

 

Təbrikdə deyilir:

 

"Zati-aliləri.

 

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

 

Sizə uzun ömür, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı inkişaf və rifah arzulayıram".


Geri dön