Ana Sayfa > Manşet / Karusel / Siyasət > Tanınmış ictimai xadimlərdən Prezidentə müraciət

Tanınmış ictimai xadimlərdən Prezidentə müraciət


28-04-2020, 16:09. Yazar: Admin
Tanınmış ictimai xadimlərdən Prezidentə müraciət

 

Bir qrup millət vəkili, alim və yazar tanınmış tərcüməçi, şair Sevil Gültənin mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, müraciətdə uzun illərdir kirayədə yaşayan tərcüməçi, ingilis dili üzrə mütəxəssis Sevil Gültənin ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur.
Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Surəti I Vitse Prezident Mehriban xanım Əliyevaya
Möhtərəm Cənab Prezident İlham Əliyev!
İstedadlı tərcüməçi, şair və esseist Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) haqqında bu məktubu Sizə ünvanlayarkən ədəbiyyat və incəsənət adamlarına göstərdiyiniz böyük diqqət və qayğıya, yüksək humanizm prinsiplərinə sədaqətinizə güvənir, xahişimizə etinasız yanaşmayacağınıza böyük ümid bəsləyirik.
Sevil Gültən qırx ildən artıq bir müddət ərzində dünya ədəbiyyatının nadir incilərini orijinaldan birbaşa dilimizə çevirən, eyni zamanda Azərbaycan ədəbiyyatının dünya arenasında yayılması, tanınması və təbliğində müstəsna xidmətləri olan ingilis dili üzrə mütəxəssisdir. Dünya klassiklərinin roman, povest, hekayə, esse və poetik nümunələrinin bir çoxu məhz onun tərcüməsində Azərbaycan oxucusunun stolüstü kitabına çevrilmişdir. Yüksək səviyyəli mədəniyyət və incəsənət törənlərində Azərbaycanı ləyaqətlə təmsil edən yazıçı və şairlərimizin əsərlərinin əksəriyyəti Sevil Gültənin tərcüməsi vasitəsilə dünya ədəbi aləminə yol tapmışdır.
İndiyədək onun ingiliscədən tərcümə etdiyi 50-dən çox roman işıq üzü görmüş, 50-dək kitabın materialı olan 200-dən çox hekayə isə müxtəlif sayt və ədəbi orqanlarda çap olunmuşdur. Sevil Gültən Azərbaycan dilindən ingilis dilinə 70-dən çox kitab (şeir, roman, hekayə, elmi əsər və esse) tərcümə etmişdir. O, eyni zamanda Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sifarişi əsasında qələmə alınmış, ciddi tarixi əhəmiyyətə malik "Erməni əsirliyində”, eləcə də "Akdamardan Sarı gəlinədək erməni yalanı” və "Erməni vandalizmi” kitablarının tərcüməçisidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tərcüməçilərin dostu və müəllimi olan Sevil Gültən eyni zamanda bir neçə şeir kitabının və esselər toplusunun da müəllifidir.
Çox təəssüf ki, şəxsi həyatında uğursuz bir tale yaşayan Sevil Gültən ata himayəsindən məhrum olan iki qız övladı ilə iyirmi ildir ki, kirayələrdə yaşamaq məcburiyyətindədir. Tərcümələrdən qazandığı cüzi qonorarla övlad böyüdüb boya-başa çatdırmağın, onları şəraitsiz kirayə evlərdə yaşatmağın nə qədər çətin olduğunu hər birimiz bilirik.
Möhtərəm Cənab Prezident!
Biz – ədəbi və elmi ictimaiyyətin aşağıda imza edən nümayəndələri Sizdən Sevil Gültənin ağır sosial durumunu və himayəsində iki övladının olmasını nəzərə alaraq, ona fərdi mənzil verilməsinə kömək etmənizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün ədəbiyyat və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk.
Hörmətlə:
Sabir Rüstəmxanlı – xalq şairi, millət vəkili
Aqil Abbas – millət vəkili
Musa Urud – millət vəkili
Fazil Mustafa – millət vəkili
Etibar Əliyev – millət vəkili
Hikmət Babaoğlu – millət vəkili
Qılıncxan Bayramov – tərcüməçi, Azərbaycan Dillər Universitetinin professoru
Nəriman Həsənzadə – Xalq şairi
Vahid Əziz – Xalq şairi
Vilayət Hacıyev – tərcüməçi, filologiya elmləri namizədi
Vaqif Yusifli – filologiya elmləri üzrə fəlsəfə doktoru
Ramiz Duyğun – şair-publisist, hərbi jurnalist , AYB üzvü
Paşa Qəlbinur – şair, oftalmoloq, AYB üzvü
İradə Tuncay – yazıçı-publisist, "Ədalət” qəzetinin baş redaktoru
Aynur Camal – publisist "Teleqraf” Media Qrupunun rəhbəri
Rüstəm Kamal – filologiya üzrə fəlsəfə doktoru, professor
Məti Osmanoğlu – filologiya üzrə fəlsəfə doktoru, professor
Məmmədəli Qıpçaq – tarix üzrə fəlsəfə doktoru, professor
Azər Abdulla – yazıçı-publisist
Seyran Səxavət– yazıçı-publisist
Qulu Məhərrəmli – əməkdar jurnalist, professor
Baba Vəziroğlu – yazıçı, əməkdar incəsənət xadimi
Bahəddin Həziyev – "Bizim yol” qəzetinin baş redaktoru
Şahbaz Xuduoğlu – "Qanun” nəşriyyatının rəhbəri
Dəyanət Osmanlı – şair, AYB üzvü, Atatürk Mərkəzinin elmi işçisi
Vüsal Məmmədov – "AzVision.az” saytının baş redaktoru
Zahir Əzəmət – "Qaуnarinfo.az” saytının baş redaktoru
Faiq Balabəyli – "Müstəqil.az” saytının baş redaktoru
Bəxtiyar Əlirzayev – "BakuPost.az” saytının baş redaktoru
Sevinc Elsevər – şair, "Mücrü” jurnalının baş redaktoru
Azər Həsrət – Əməkdar jurnalist, siyasi şərhçi
Elçin İsgəndərzadə – şair, ATU-nun kafedra müdiri, professor
Ramiz Qusarçaylı – şair, "Ay işığı” ədəbi birliyinin sədri, AYB üzvü
Ağa Cəfərli – jurnalist, Azərbaycan Dillər Universitetinin mətbuat katibi
Qismət Rüstəmov – şair, AYB üzvü, Yaradıcılıq Fondunda aparat rəhbəri
Qulu Ağsəs – şair-publisist, "Ulduz” jurnalının baş redaktoru
Xalid Kazımlı – "Yeni Müsavat” qəzetinin redaktoru
Yusif Məhəmmədoğlu – "Xəbərlər” informasiya agentliyinin rəhbəri
Elçin Zahiroğlu – jurnalist, "BakuPost.az” saytının təsisçisi
İlham Quliyev – "Kaspi" qəzetinin baş redaktoru
Nəzakət Məmmədova – Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru, AYB üzvü
Azad Qaradərəli – yazıçı, "Yazı” dərgisinin baş redaktoru
Firuz Mustafa – yazıçı-dramaturq, AYB üzvü
Tofiq Qaraqaya – şair, AYB üzvü
Əhməd Qəşəmoğlu – şair, sosioloq, AYB üzvü
Nəriman Əbdürrəhmanlı – yazıçı-tərcüməçi, AYB üzvü
Aslan Quliyev – yazıçı-tərcüməçi, AYB üzvü
Kamran Nəzirli – yazıçı-tərcüməçi, AYB üzvü
Səfər Alışarlı – yazıçı, AYB üzvü
Rüstəm Behrudi – şair
Tahir Talıblı – şair, AYB üzvü
Murad Köhnəqala – şair-yazıçı, AYB üzvü
Yusif Savalan – şair- tərcüməçi, Dillər Universitetinin müəllimi, AYB üzvü
Eyvaz Zeynalov – yazıçı, AYB üzvü
Zahid Sarıtorpaq ­– şair, yazıçı-tərcüməçi
Sultan Mərzili – şair- yazıçı, AYB Moskva bölməsinin katibi
Yunus Oğuz – yazıçı-publisist , AYB üzvü
Əhməd Oğuz – şair, AYB üzvü
Ədalət Məmmədov – Respublikanın Əməkdar Artisti, aktyor
Avdı Qoşqar – şair-publisist, Əməkdar jurnalist
Fəxri Uğurlu – yazıçı-publisist, AYB üzvü
Rasim Qaraca – şair-publisist
Əjdər Ol – şair, yazıçı-publisist, AYB üzvü
Əsəd Cahangir – tənqidçi, AYB üzvü
Vaqif Əjdəroğlu – tərcüməçi, yazıçı-publisist
Pərviz Cəbrayıl – yazıçı
Hədiyyə Şəfaqət – şair-publisist
Aləm Kəngərli – yazıçı, AYB üzvü
İlham Qəhrəman – şair, AYB üzvü
Zirəddin Qafarlı – şair, AYB üzvü
Səhər Əhməd – şair, teleaparıcı
Şəlalə Göytürk – şair, publisist, AYB üzvü
Jalə Mütəllimova – jurnalist, AJB üzvü
İlham Tumas – jurnalist, İTV Şirkətində redaktor
Vüsal Oğuz – şair, AYB-nin Oğuz bölməsinin rəhbəri
Mübariz Örən – yazıçı, AYB üzvü
Kəramət Böyükçöl – yazıçı-publisist
Ayxan Ayvaz – yazıçı, "Kulis.az” saytının əməkdaşı
İlqar Türkoğlu – şair, AYB üzvü
Çingiz Musayev – şair, AYB üzvü, "Tovuz” qəzetinin baş redaktoru
Aydınxan Əbilov – şair, kulturoloq, AYB üzvü
Balaxan Qərib – şair, AYB üzvü
Əkbər Qoşalı – şair, AYB üzvü, Atatürk Mərkəzində şöbə müdiri
Nazim Əhmədli – şair, hərbi jurnalist, AYB üzvü
Elçin Hüseynbəyli – yazıçı, AYB üzvü
Kərim Kərimli – yazıçı-jurnalist, AYB üzvü
Firuzə Məmmədli – şair, " Qızıl kəlmə” mükafatçısı, AYB üzvü
Şəfəq Nasir – yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü
Pərvanə Məmmədli – ədəbiyyatşünas, AYB üzvü
Aləmzar Sadıqqızı – şair, AYB üzvü
Qəşəm Nəcəfzadə – şair, Əməkdar mədəniyyət işçisi
Maarif Soltan – şair, AYB üzvü
Xatirə Rəhimbəyli – şair, AYB üzvü
Cavid Zeynallı – yazıçı, AYB üzvü
Reyhan Kənan – şair, AYB üzvü
İlqar Rəsul – yazıçı, AYB üzvü
İradə Aytel – şair-publisist, AYB üzvü
Şəhriyar Del Gerani – şair, AYB üzvü
Sevinc Fədai – jurnalist
Vasif Sadıqlı – publisist
Nazilə Gültac – şairə, AYB üzvü
Rumiyyə Miraslan – jurnalist
Elməddin Muradlı – jurnalist
Arzu Nehrəmli – şair, AYB üzvü
Ülviyyə Heydərova – yazıçı -publisist , AYB üzvü
Yeganə Kərimzadə – yazıçı , AYB üzvü
Dilqəm Əhməd – tədqiqatçı-jurnalist, AYB üzvü
Günel Natiq – yazıçı-publisist, AYB üzvü
Giya Paçxataşvili – şair-tərcüməçi, AYB üzvü
Kənan Hacı – yazıçı, AYB üzvü
Xuraman Hüseynzadə – şair
Sevinc Nuruqızı – yazıçı, AYB üzv
Məqsəd Nur – yazıçı, AYB üzvü
Zamiq Zərdabi – şair, AYB üzvü
Nüşabə Əsəd Məmmədli – yazıçı, AYB üzvü
Kəbutər Haqverdi – jurnalist
Elçin Bayramlı – sosioloq, jurnalist
Xan Rəsuloğlu – şair, AYB üzvü
Cəlil Cavanşir – şair, AYB üzvü, "Mücrü” nəşriyyatının elmi redaktoru
Əlabbas Bağırov – yazıçı-publisist.

Geri dön