Ana Sayfa > Manşet / Karusel / Gündəm > BƏƏ Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

BƏƏ Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb


27-05-2022, 13:03. Yazar: Admin

BƏƏ Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Geri dön