Ana Sayfa > Manşet / Karusel > İlham Əliyevdən iranlı alimə SƏRT CAVAB: “Ərazi bütövlüyü qırmızı xətdir”
İlham Əliyevdən iranlı alimə SƏRT CAVAB: “Ərazi bütövlüyü qırmızı xətdir”30-04-2022, 12:21. Yazar: Admin |
Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetindəki “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarının suallarına cavab verərəkən bəzi sərt açıqlamalar səsləndirib. Vəli Kaleci İranın Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı mövqeyindən də danışıb: Azərbaycan Prezidenti İlham Əliyevin açıqlaması isə xeyli sərt olub. Dövlət başçısı deyib: “Sizin sualınızı aydınlaşdırmaq istəyirəm. Siz qeyd etdiniz ki, kimsə İranın ərazi bütövlüyünü şübhə altına alıb. Bunu edən Azərbaycan hökumətinin nümayəndəsi idi? Siz Şuşa konfransını qeyd etdiniz. İranın ərazi bütövlüyünü şübhə altına alan bizim hökumət nümayəndəsi idi? Doktor Vəli Kaleci: Hökumət nümayəndəsi deyildi. Ankarada yerləşən Təbriz Tədqiqatları Mərkəzinin nümayəndəsi idi. Prezident İlham Əliyev: Yəni, onun Azərbaycan hökuməti ilə hər hansı bir bağlılığı yox idi, elə deyilmi? Doktor Vəli Kaleci: Xeyir, ancaq o, Şuşa konfransında iştirak edib. Prezident İlham Əliyev: Yəni, bu şəxs Azərbaycan vətəndaşı deyildi. Doktor Vəli Kaleci: Xeyr, ancaq həmin tədbirdə rəsmi olaraq iştirak edirdi. Prezident İlham Əliyev: Baxın, bu gün burada konfransda neçə ölkədən iştirakçı var. Onların hər biri öz ölkəsini təmsil edir. Məsələn, siz başqa dövlətin vətəndaşı olaraq nə isə demiş olsanız, İran hökuməti buna görə məsuliyyət daşımamalıdır. Bu səbəbdən, hesab edirəm ki, sizin söylədiklərinizin Azərbaycan-İran əlaqələrinə heç bir aidiyyəti yoxdur. Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik. Həmin tədbirdə 400-dən çox iştirakçı olub və demokratik cəmiyyət olan Azərbaycanda insanlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Biz bununla razılaşa və ya razılaşmaya bilərik, ancaq biz iştirakçılara nəzarət etməmişik. Biz onlara tezislər verməmişik ki, nəyi demək olar, nəyi isə yox. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə. Bununla yanaşı, biz xaricdə yaşayanların müxtəlif mövzularla bağlı fərqli mövqelərinə görə məsuliyyət daşımırıq. Vacib olan odur ki, qonşu ölkələr ilə və ümumiyyətlə bütün ölkələrlə münasibətlərdə Azərbaycan Hökumətinin və onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir. Sizin söylədiklərinizlə bağlı bir nümunə deyim. İranda sığınacaq tapmış bir sıra şəxslər var ki, onlar Azərbaycanın ərazi bütövlüyünü müntəzəm qaydada şübhə altına alır. Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində mənim ovaxtkı Prezident Həsən Ruhani ilə görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə təkcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, onlar elə ifadələr işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir. Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi. Beləliklə, heç Azərbaycan vətəndaşı olmayan bir şəxs Şuşada nə isə deyibsə də - Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır. İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik. Geri dön |