Ana Sayfa > Manşet / Karusel / Gündəm > Prezident Şuşa ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edib
Prezident Şuşa ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edib20-04-2022, 16:29. Yazar: Admin |
Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov görüşdən sonra mətbuata verdiyi bəyanatda deyib.
“Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur. Başqa sözlə desək, bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, - nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətdə olublar, - aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanmış sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq”. Geri dön |