Ana Sayfa > Manşet / Gündəm > Lukaşenko Belarusdakı xarici diplomatlar haqda: "Faşistdən də betərdilər"

Lukaşenko Belarusdakı xarici diplomatlar haqda: "Faşistdən də betərdilər"


16-04-2022, 17:27. Yazar: Admin

 Lukaşenko Belarusdakı xarici diplomatlar haqda:

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb diplomatlarının bu ölkədəki fəaliyyətini faşizmə bənzədib.

Qarabaginfo.az-ın xəbərinə görə, Lukaşenko jurnalistlərə deyib ki, xarici diplomatların fəaliyyətinin görünməyən tərəfləri barədə məlumat dərc etdirməyi planlaşdırır.

"Bir gün mən bunu edəcəm. Biz hər şeyi sənədli şəkildə ümumiləşdirəcəyik və sizə onların burada nə etdiklərini söyləyəcəyik. Dəhşətə gələcəksiniz. Bunlar faşist deyillər, ondan da betərdilər”.

Belarus hakimiyyəti dəfələrlə respublikadakı diplomatik nümayəndəlikləri ikitərəfli münasibətlərə xələl gətirən fəaliyyətdə ittiham edib.

 

 


Geri dön