Ana Sayfa > Manşet / Karusel / Gündəm > Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb

Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb


9-04-2022, 15:03. Yazar: Admin

Prezident İlham Əliyev

 

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Sərəncama əsasən, böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1,0 (bir) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Geri dön