Ana Sayfa > Manşet / Karusel / Siyasət > Bakı Limanı prezidentin göstərişini yerinə yetirir

Bakı Limanı prezidentin göstərişini yerinə yetirir


5-03-2020, 17:15. Yazar: Admin

 

“Azərbaycana daxil olan yük avtomobillərindən ibarət xüsusi kolonlar formalaşdırılır və onlar polis müşayəti ilə təmin edilirlər”. 

"Qarabaginfo" xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin ölkə ərazisindən keçən xarici sürücülərin qida ehtiyaclarının ödənilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, dünən Bakı Limanında gəmi gözləyən sürücülər qida ilə təmin olunub və bu kampaniya yaxın günlərdə də davam etdiriləcək.

Bakı Limanı ərazisində Qazaxıstan və Türkmənistan istiqamətində yüklərin aşırılmasında işlər planlı şəkildə həyata keçirilir. Dünəndən etibarən hər iki istiqamətdə 183 ağır yük nəqliyyat vasitələri (TIR) yola düşüb.“Report”

 

 

 

 

 


Geri dön