Ana Sayfa > Manşet / Karusel / Dünya > Putin dünya jurnalistlərinin qarşısına çıxacaq

Putin dünya jurnalistlərinin qarşısına çıxacaq


22-11-2017, 08:58. Yazar: Admin

Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də yerli və xarici jurnalistlərlə geniş ənənəvi mətbuat konfransı keçirəcək.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin yaydığı rəsmi açıqlamada deyilir.

 

“Yerli və xarici jurnalistlərlə geniş mətbuat konfransı dekabrın 14-də baş tutacaq. “Roskomnadzor”da qeydiyyatdan keçən yerli KİV və Rusiya XİN-də akkreditasiyadan keçən əcnəbi jurnalistlər mətbuat konfransına qatıla biləcək. Akkreditasiya müddəti dekabrın 1-i, saat 17:00-da başa çatacaq” –deyə açıqlamada deyilir.

 

 

 


Geri dön