Rusiya təbii qazını Türkiyədən tranzitlə Avropaya nəql edəcək “Türk axını” qaz kəmərinin açılışı mərasimi başlayıb.
Qarabaginfo "Avropa.info"a istinadən xəbər verir ki, İstanbulda keçirilən mərasimdə Türkiyə prezidenti Ərdoğan, Rusiya prezidenti Putin, Serbiya prezidenti Aleksandr Vuçiç və Bolqarıstan prezidenti Boyko Borisov iştirak edir.
Ərdoğan açılış mərasimində etdiyi çıxışda bu sözləri deyib:
“Allaha həmd olsun, geridə qoyduğumuz 1 il ərzində planladığımız kimi uğurla başa çatdırdıq. 15 milyon evin təbii qaz ehtiyacını ödəyəcəyik. Layihə sayəsində 31,5 milyard kubmetr təbii qazın 15,75 milyard kubmetri vasitəçi ölkə olmadan birbaşa ölkəmizə çatacaq. Geridə qoyduğumuz 33 ildə Rusiyadan 400 milyard kubmetr təbii qaz almışıq”.
Rusiya prezidenti Vladimir Putin isə kəmərin açılışı ilə bağlı bunları deyib:
“Rusiya-Türkiyə əməkdaşlığı maneçiliklərə baxmayaraq hər sahədə inkişaf edir. “Türk axını” texnologiyaları ehtiva edən layihədir. Rus qazının Türkiyə vasitəsilə Avropaya nəql edilməsi sadəcə rus və türk iqtisadiyyatına deyil, Avropa iqtisadiyyatına töhfə verəcək. Bu regionda gərginliyin artması ilə bağlı cəhdlər var. Türkiyə və Rusiya isə başqa mövqe göstərirlər”
***
Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putinin İstanbulda keçirdiyi görüş başa çatıb. 2 saata yaxın davam edən görüşdə İran-ABŞ gərginliyi, Suriya və Liviya məsələləri müzakirə olunub.
Ərdoğan Putinin ingilis və türk dillərində hazırlanmış "Şərqi Aralıq dənizi balansında strateji addım: Türkiyə-Liviya müqaviləsi" adlı kitab bağışlayıb. Kitabda Türkiyənin Aralıq dənizi, Yunanıstan və Avropa İttifaqı siyasəti şərh edilib.
***
Rusiya qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq “Türk axını” az kəməri xəttinin açılışı üçün İstanbula gələn Rusiya prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Qarabaginfo "Avropa.info"a istinadən xəbər verir ki, görüş İstanbulda yerləşən Haliç Konqres Mərkəzində baş tutub.
Görüşdən sonra ikitərəfli danışıqlar başlayıb.