Ana Sayfa > Manşet / Karusel / Qarabağ > Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir

Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir


9-03-2022, 09:49. Yazar: Admin

Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki,hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.


Geri dön