Ana Sayfa > Manşet / Karusel / Gündəm > Prezident Raquf Orucovun xanımını təltif etdi

Prezident Raquf Orucovun xanımını təltif etdi


7-03-2022, 12:54. Yazar: Admin

 

 

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

Qarabaginfo.az-ın məlumatına görə, təltif olunanlar arasında Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə də var.

Qeyd edək ki, S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Raquf Orucovla Sevinc Alızadənin 2 övladı var.

 



 


Geri dön