Ana Sayfa > Manşet / Karusel / Siyasət > Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar


6-12-2019, 12:44. Yazar: Admin

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.

Qarabaginfo xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Son illər Azərbaycanda tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla ümumilikdə, tarixi-mədəni irsimizin qorunub-saxlanılmasında, gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. Bu baxımdan Şamaxıda Şahxəndan türbəsinin ətrafında geniş abadlıq işlərinin aparılması da xüsusi əhəmiyyəti ilə seçilir. Yaxın vaxtlarda isə abidənin konservasiyasına başlanacaq.

Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması sahəsində böyük addımlar atan Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.


Geri dön