Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.
Qarabaginfo xəbər verir ki, yeni şöbə Hüquq ekspertizası şöbəsi adlanır.
Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.