Ana Sayfa > Manşet / Karusel / Siyasət > Emmanuel Makron İlham Əliyevə zəng edib

Emmanuel Makron İlham Əliyevə zəng edib


2-03-2022, 11:49. Yazar: Admin

 

Emmanuel Makron İlham Əliyevə zəng edib
Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Geri dön