Ana Sayfa > Manşet / Karusel / Region > Zelenski İlham Əliyevə təşəkkür etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi


26-02-2022, 20:42. Yazar: Admin

Prezident İlham Əliyevlə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Söhbət zamanı Vladimir Zelenski humanitar yardıma görə İlham Əliyevə təşəkkür edib. Bu barədə Ukrayna lideri öz Tvitter səhifəsində yazıb.

“Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan prezidenti İlham Əliyevlə söhbətim olub. Bizə göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Dəstəyə görə minnətdarıq”, – Zelenski yazıb.


Geri dön