Ana Sayfa > Manşet / Karusel / Gündəm / Sosial > Tərtərə ziyan dəyib?
Tərtərə ziyan dəyib?16-11-2017, 10:22. Yazar: Admin |
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da zəlzələ ilə bağlı açıqlama verib. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rayonda dağıntılar qeydə alınıb: “Əsasən ziyan köhnə kərpicdən, çay daşından tikilmiş evlərə, o cümlədən tövlələrə dəyib. Hazırda rayon Fövqəladə Hallar Komissiyası Ağdama yaxın yerləşən kəndlərdə araşdırmalar aparır. İlkin hesablamalara görə səkkiz yaşayış evinə ziyan dəyib. Daha dəqiq rəqəmlər gün ərzində məlum olacaq. Heç bir insan tələfatı da baş verməyib. Sadəcə bir nəfər şəxs zəlzələdən şoka düşüb. Təcili Tibbi Yardım Stansiyasınən həkimləri vasitəsilə ona köməklik edilib. Hazırda vəziyyəti yaxşıdır”. Geri dön |