Ana Sayfa > Manşet / Karusel / Siyasət > Mehriban Əliyeva “İçərişəhər”dəki konstruksiyaların birmərtəbəli olmasını tapşırıb

Mehriban Əliyeva “İçərişəhər”dəki konstruksiyaların birmərtəbəli olmasını tapşırıb


27-04-2019, 15:43. Yazar: Admin

 

Mehriban Əliyeva “İçərişəhər”dəki konstruksiyaların birmərtəbəli olmasını tapşırıb

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Birinci vitse-prezident Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama yayıb.

Qarabagnfo "Qafqazinfo.az"a iatinadən xəbərinə görə, “İçərişəhər” DTMQ İdarəsinin rəsmi məlumatına görə, Mehriban Əliyeva sözügedən quruma ərazidəki konstruksiyaların birmərtəbəli olması şərti ilə quraşdırılmasına nəzarət edilməsini tapşırıb. 

Həmin açıqlamanı təqdim edirik:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu gün İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.

Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban xanım ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb.

“İçərişəhər” DTMQ İdarəsi layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək”.


Geri dön