Ana Sayfa > Manşet / Karusel / Siyasət > Prezident İlham Əliyev ukraynalı həmkarına təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev ukraynalı həmkarına təbrik məktubu ünvanlayıb6-02-2022, 10:55. Yazar: Admin |
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Qarabaginfo.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda diplomatik əlaqələrimizin otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur: “Sevindirici haldır ki, bu illər ərzində qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın əhatə dairəsi genişlənmişdir. Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır”. Dövlətimizin başçısı birgə səylərlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olunacağına əminliyini ifadə edib. Geri dön |