Ana Sayfa > Manşet / Karusel / Gündəm > Mehriban Əliyevanın yeni köməkçisi kimdir?

Mehriban Əliyevanın yeni köməkçisi kimdir?


14-11-2017, 15:33. Yazar: Admin

 

Mehriban Əliyevanın yeni köməkçisi kimdir?

 

Xəbər verdiyimiz kimi, bu gün birinci vitse-prezident Mehriban Əliyevaya daha bir köməkçi təyin edilib. Gündüz Kərimov bu təyinatla xanım Əliyevanın dördüncü köməkçisi olub.

“Qafqazinfo” xəbər verir ki, Gündüz Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb. 

G. Kərimov 2000-ci ildən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb. 

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsidə Azərbaycanın rəsmi nümayəndəsidir. 

 


 


Geri dön