Ana Sayfa > Manşet / Karusel / Siyasət / Qarabağ > İlham Əliyev bu gün Vyanada Paşinyanla görüşəcək  

İlham Əliyev bu gün Vyanada Paşinyanla görüşəcək  


29-03-2019, 10:13. Yazar: Admin

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə görüşü keçiriləcək. 


Bu barədə "Qarabaginfo"ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu, İlham Əliyevin Nikol Paşinyanla ilk rəsmi görüşü olacaq. Daha əvvəl tərəflər arasında iki dəfə ayaqüstü görüş olub. Bunlardan biri Düşənbədə keçirilən MDB ölkələri başçılarının sammiti çərçivəsində, digəri isə İsveçrədəki Davos forumu zamanı baş tutub.


Geri dön