Ana Sayfa > Manşet / Karusel > İlham Əliyev Ruhaniyə başsağlığı verdi

İlham Əliyev Ruhaniyə başsağlığı verdi


27-03-2019, 12:21. Yazar: Admin

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

Qarabaginfo-nun məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

 


Geri dön