Ana Sayfa > Manşet / Karusel / Gündəm > Vilayət Eyvazov işdən çıxardığı generala yeni VƏZİFƏ VERDİ
Vilayət Eyvazov işdən çıxardığı generala yeni VƏZİFƏ VERDİ19-01-2022, 11:38. Yazar: Admin |
Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev nazirlikdə yeni vəzifəyə təyin edilib.
Bu barədə Qarabaginfo.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, ötən həftə təqaüdə göndərilən S.Əliyev DİN-in Katibliyində mülki şəxs kimi işə qəbul olunub və mütəxəssis vəzifəsinə təyin edilib.
Qeyd edək ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Bu vəzifəyə isə DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin sabiq rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib. Geri dön |