Ana Sayfa > Manşet / Gündəm > Əli Əhmədov: “Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması ilə bağlı işlər nəticə verməkdədir"

Əli Əhmədov: “Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması ilə bağlı işlər nəticə verməkdədir"


6-03-2019, 10:36. Yazar: Admin

 

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katib Əli Əhmədov

“2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4%, o cümlədən qeyri-neft sektoru 2% böyüyüb”.

"Qarabaginfo" "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da baş nazirin müavini Əli Əhmədov bildirib.

“Azərbaycan iqtisadiyyatının saxələndirilməsi, onun neftdən asılılığının azaldılması ilə bağlı işlər nəticə verməkdədir”, - deyə o, əlavə edib.

Qeyd edək ki, forum Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonun iştirakı ilə keçirilir. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan indiyə qədər Dünya Bankı ilə birlikdə 50-dən çox layihə reallaşdırıb. Bu layihələrə 4 mlrd. ABŞ dollarından çox vəsait yönəldilib. 


Geri dön