Ana Sayfa > Manşet / Karusel / Gündəm > Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib


12-01-2022, 14:11. Yazar: Admin

 

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.


Geri dön