Ana Sayfa > Manşet / Karusel > Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər

Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər


27-02-2019, 11:34. Yazar: Admin

Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər.  

"Qarabaginfo" xəbər verir ki, bu barədə "Report"a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.  

XİN-in təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaqdır. İkigünlük səfərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.

Diplomatlar Ağdam rayonu və Naftalan şəhərində olacaqlar. 

Səfər zamanı xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur.

Səfər fevralın 28-də başa çatacaq. xarici işlər nazirliyi ile ilgili görsel sonucu


Geri dön