Ana Sayfa > Manşet / Karusel > Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib


27-02-2019, 11:16. Yazar: Admin

Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Qarabaginfo" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.


Geri dön