Ana Sayfa > Manşet / Karusel / Region > Almatıda xüsusi əməliyyat zamanı hava limanı azad edilib, ölənlər var

Almatıda xüsusi əməliyyat zamanı hava limanı azad edilib, ölənlər var


6-01-2022, 07:22. Yazar: Admin

 

Almatıda xüsusi əməliyyat zamanı hava limanı azad edilib, ölənlər var

Qazaxıstanın Almatı şəhərində təşkil olunan antiterror xüsusi əməliyyatı zamanı daha əvvəl etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib.

Qarabaginfo.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası rəhbərinin müavini Yerjan Babakumarov bildirib.

"Şəhərdə xüsusi antiterror əməliyyatı başlayıb. Hava limanı azad olunub. O, adi iş rejiminə keçir", - Babakumarov jurnalistlərə deyib.

"Zakon.kz" portalı əməliyyat zamanı 2 hərbi qulluqçunun həlak olduğunu bildirib. 

Xatırladaq ki, Almatıda şəhərdə asayişin bərqərar olması üçün xüsusi antiterror əməliyyatına başlayıb. Bu barədə “Kazinform” şəhər komendaturasının informasiya mərkəzinə istinadən məlumat yayıb.

Bildirilir ki, iğtişaşların radikal tərəfdarları şəhərə külli miqdarda ziyan vurub, hüquq-mühafizə orqanlarının asayişin bərpası və təhlükəsizliyin təmin edilməsi istiqamətində qanuni hərəkətlərinə müqavimət göstəriblər.

Almatı komendantı sakinləri sakit olmağa və konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırıb.


Geri dön