Ana Sayfa > Manşet / Siyasət > İsveç XİN başçısı ABŞ dövlət katibi ilə Ukrayna məsələsini müzakirə edəcək
İsveç XİN başçısı ABŞ dövlət katibi ilə Ukrayna məsələsini müzakirə edəcək5-01-2022, 17:17. Yazar: Admin |
İsveçin xarici işlər naziri Ann Linde ABŞ dövlət katibi Entoni Blinkenlə Uktrayna ətrafındakı vəziyyəti müzakirə edəcək. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, xanım nazir ABŞ-a səfəri çərçivəsində həmçinin dövlət katibinin müavini Vendi Şerman, milli təhlükəsizlik məsələləri üzrə müşavir Conatan Fayner və digərləri ilə görüşəcək. Səfərin yanvarın 8-dək davam edəcəyi vurğulanıb. Qeyd edək ki, tərəflər arasında sonuncu görüş keçən ilin oktyabrında Stokholmda baş tutmuşdu. Geri dön |