Ana Sayfa > Manşet / Gündəm > Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub7-02-2019, 16:44. Yazar: Admin |
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. "Qarabaginfo" AZƏRTAC-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər. Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət etdi. Geri dön |