Ana Sayfa > Manşet / Karusel / Gündəm > Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin etdi

Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin etdi


21-12-2021, 10:57. Yazar: Admin

Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.

Qarabaginfo.az-ın əldə etdiyi məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.


Geri dön