Ana Sayfa > Manşet / Karusel / Gündəm > Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq


22-01-2019, 18:16. Yazar: Admin
 

"Koroğlu" Nəqliyyat Mübadiləsi Mərkəzi bu ilin ikinci yarısında istifadəyə veriləcək.

"Qarabaginfo"un "Modern.az"a istinadən məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, yeni mübadilə mərkəzi Bakıda ilk olacaq:

"Bu mərkəzdə tibb məntəqəsi, kitabxana, ana-uşaq otağı yaradılacaq. Bundan başqa, burada sürücülərin tibbi müayinəsi, sürücülərin istirahət yerləri də yaradılacaq.

Sürücülər növbəli işləyərkən növbəni təhvil verən sürücü tibbi müayinədən keçiriləcək və yenidən növbəsinə qədər istirahət edəcək. Bu mərkəz tam bir nümunə olacaq. Bu ilin ikinci yarısı mərkəz istifadəyə veriləcək".


Geri dön