Ana Sayfa > Manşet / Karusel > Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib


16-01-2019, 11:48. Yazar: Admin

 

 

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

“Qarabaginfo”nun xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.


Geri dön