Ana Sayfa > Manşet / Karusel / Gündəm > Dekabrın 1-dən güclü külək əsəcək, yağış yağacaq, temperatur 5-8 dərəcə enəcək
Dekabrın 1-dən güclü külək əsəcək, yağış yağacaq, temperatur 5-8 dərəcə enəcək29-11-2021, 13:46. Yazar: Admin |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb. Qarabaginfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Axşam yağış yağacagı ehtimalı var. Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Azərbaycanın rayonlarında dekabrın 1-i günün ikinci yarısından 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Geri dön |