Ana Sayfa > Manşet / Karusel / Gündəm > Qarabağ üzrə üçtərəfli İşçi Qrupu gələn həftə Moskvada görüşəcək
Qarabağ üzrə üçtərəfli İşçi Qrupu gələn həftə Moskvada görüşəcək26-11-2021, 21:24. Yazar: Admin |
“Qarabağ üzrə üçtərəfli İşçi Qrupuna daxil olan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada bir araya gələcəklər”. Qarabaginfo.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxış edib. “Onlar gələn həftə Moskvada toplaşaraq bu gün razılaşdığımız qərarları yekunlaşdıracaq və elan edəcəklər”- V.Putin deyib. Xatırladaq ki, Qarabağ üzrə üçtərəfli İşçi Qrupun tərkibinə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan daxildir.(Report) Geri dön |