Ana Sayfa > Manşet / Karusel / Gündəm > Azərbaycan Vatikanda səfirlik açıb
Azərbaycan Vatikanda səfirlik açıb22-11-2021, 14:51. Yazar: Admin |
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanunu imzalayıb. Qarabaginfo.az-ın xəbərinə görə, qanuna əsasən, Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır. Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və digər məsələləri həll etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb. Geri dön |